ABŞ Gürcüstana qarşı sanksiyalar TƏTBİQ EDƏCƏKbackend

ABŞ Gürcüstana qarşı sanksiyalar TƏTBİQ EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Gürcüstana qarşı sanksiyalar tətbiq edə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib. Məlumatda bildirilir ki, Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini qəbul edərsə, ABŞ Gürcüstana qarşı sanksiyaların tətbiq oluna biləcəyini istisna etməyib.

Aprelin 3-də məlum olub ki, Gürcüstanın hakim partiyası parlamentə xarici agentlər haqqında qanun layihəsini yenidən təqdim etməyi planlaşdırır.

Hələ 2023-cü il martın əvvəlində qanun layihəsi ölkədə kütləvi etirazlara səbəb olmuşdu və nəticədə rədd edilmişdi.

Xuraman Etibarlı

İnterpress.az