ADA Universiteti və Amerika Universitetinin Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ADA Universitetində ikili diplom proqramının açılışında deyib.
“Mən ADA Universiteti və Amerika Universitetinin Vaşinqton Hüquq Kollecinin birgə ikili diplom proqramının açılışında iştirak etməkdən məmnun oldum. Bu kimi tərəfdaşlıqlar akademik dialoqumuza töhfə verərək, insanlar arasında əlaqələrini daha da gücləndirir. Qanunun aliliyi və savadlı hüquqşünaslar istənilən azad cəmiyyətin vacib komponentləridir”, – diplomatik missiyanın mətbuat xidməti səfirdən sitat gətirib.