“Afina Türkiyəyə hücum etmək üçün ABŞ-dən helikopterlər alır” – Türkiyə mediasıbackend

“Afina Türkiyəyə hücum etmək üçün ABŞ-dən helikopterlər alır” – Türkiyə mediası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Afina Türkiyəyə hücum etmək üçün ABŞ-dan helikopterlər alır.

İnterpress.az xəbər verir ki, Türkiyə mətbuatında Yunanıstanın Türkiyəyə hücum etmək üçün ABŞ-dən hərbi helikopterlər alması ilə bağlı xəbərlər yayılıb.

Qeyd olunur ki, Yunanıstan Amerika qırıcılarının alınması üçün 1,95 milyard dollar planlaşdırıb. Ötən həftənin sonuna qədər tərəflər arasında 35 ədəd hərbi helikopterin satışı ilə bağlı bütün lazımi sənədlərin imzalanacağı gözlənilirdi.

Bundan sonra ABŞ hökuməti Yunanıstana təyinatlı UH-60 Black Hawk helikopterlərinin istehsalını təmin etmək üçün lazımi addımları atacaq.

Bu helikopterlər Yunanıstan Hərbi Hava Qüvvələrində (53 ədəd) köhnə UH-1 Huey helikopterlərini əvəz edəcək.

Xuraman Etibarlı 

İnterpress.az