Ağ Ev Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinə daxil olması ilə bağlı məlumatların təqdim olunmasını istəyib.
İnterpress.az xəbər verir ki, Ağ Evdən bu barədə sorğunun rəsmi Kiyevə ünvanlandığı bildirilib.
Qeyd olunub ki, Ukrayna tərəfi bununla bağlı informasiyanı rəsmi Vaşinqtona ötürməlidir.