Avropa İttifaq (Aİ) İran üçün “Copernicus” peyk görüntü xidmətini aktivləşdirib.
İnterpress.az xəbər verir ki, bu barədə Aİ-nin böhranların idarə olunması üzrə komissarı Janez Lenarcic X hesabında bildirib.
“İranın yardım tələbi ilə İran Prezidenti və xarici işlər nazirinin olduğu bildirilən helikopter qəzası ilə əlaqədar Aİ-nin “CopernicusEMS” – “Copernicus” peyk görüntü xidmətini aktivləşdiririk”, – deyə o paylaşımında qeyd edib