Avropa İttifaqı Məhkəməsi Alişir Usmanovun bacısı Gülbahor İsmayılovanın onun sanksiya siyahısından çıxarılması tələbini rədd edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, İsmayılova 8 aprel 2022-ci ildə Aİ-nin sanksiya siyahısına daxil edilib.
Aİ Şurası onun dolayısı ilə “Dilbar” yaxtasına və İtaliya və Latviyada qardaşına məxsus mülklərə sahib olduğunu bildirib. Başqa sözlə, o, Usmanovun məhdudiyyətlərə məruz qalan aktivlərindən faydalanan ən yaxın qohumdur.
Aİ Şurası 2022-ci ildə iş adamının bacılarından birinə qoyulan məhdudiyyətləri könüllü olaraq qaldırıb, digərində isə onları saxlayıb.
2022-ci ilin iyununda İsmayılova sanksiya siyahısından çıxarılmasını tələb etmək üçün Aİ-nin Ədalət Məhkəməsində iddia qaldırıb. Avropa İttifaqı Məhkəməsi onun ərizəsini rədd edib.
Məhkəmə materiallarında qeyd olunur ki, Almaniya Federal Məhkəmə Polis İdarəsinin araşdırmalarına görə, Usmanov dolayı yolla aktivlərini bacısına ötürüb.
Xuraman Etibarlı
İnterpress.az