Almaniya üçüncü Patriot sistemini Ukraynaya təhvil verəcək, lakin daha çox göndərə bilməyəcək.
interpress.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri üçün kompleksin idarə edilməsi üzrə təlimlər başa çatdıqdan sonra sistem Ukraynaya veriləcək.
Ölkə artıq üçüncü quraşdırma da daxil olmaqla, Patriot hava hücumundan müdafiə sistemlərinin dörddə birini Ukraynaya göndərdiyi üçün daha çox ötürə bilməyəcək.
“Beləliklə, Almaniya bütövlükdə Ukrayna üçün üç sistem təmin edir. Bu, belə sistemlərin ehtiyatlarımızın dörddə birini təşkil edir. Artıq daha çox köçürmə imkanı yoxdur. Qalanları yəqin ki, bir-bir verə bilərik”, – Pistorus bildirib.
Xuraman Etibarlı
İnterpress.az