ABŞ-nin Türkmənistandakı yeni səfiri Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı münaqişələr üzrə danışıqlar üzrə xüsusi nümayəndəsinin müavini olub.
İnterpress.az xəbər verir ki, mayın 2-də ABŞ Senatı (Konqresin yuxarı palatası) Elizabet Rudun ABŞ-nin Türkmənistandakı səfiri təyin edilməsini təsdiqləyib. ABŞ-nin Türkmənistandakı yeni səfiri əvvəllər keçmiş SSRİ ərazisindəki münaqişələrlə bağlı danışıqlarda iştirak edib.
Bundan əvvəl o, ABŞ-nin Moskvadakı səfirinin müavini olub. Rudun xidməti siyahısına həmçinin daxildir:
ABŞ səfirinin Tbilisidəki müavini;
ABŞ Dövlət Departamentinin Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin rəhbəri;
ABŞ-nin Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı münaqişələr üzrə danışıqlar üzrə xüsusi nümayəndəsinin müavini;
ABŞ-ın Kabildəki səfirliyində siyasi məsləhətçi.
Rude fransız, rus, alman, puştu, dari və gürcü dillərində danışır. ABŞ prezidenti Bayden 2023-cü il avqustun 3-də onun Aşqabaddakı səfir vəzifəsinə namizədliyini irəli sürüb.
Xuraman Etibarlı
İnterpress.az