ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, ayağı amputasiya edilibbackend

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, ayağı amputasiya edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı – 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Bu barədə İnterpress.az-a agentlikdən bildirilib.

Məlumata görə, xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək xəstəxanaya çatdırılıb. Onun sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib.

Vəziyyəti qənaətbəxşdir.