Anomal isti hava 10 nəfərin ölümünə SƏBƏB OLDUbackend

Anomal isti hava 10 nəfərin ölümünə SƏBƏB OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banqladeşdə həddindən artıq isti hava 10 nəfərin ölümünə səbəb olub

İnterpress.az xəbər verir ki, bu barədə “The Dhaka Tribune” məlumat yayıb. Bildirilir ki, Banqladeşdə həddindən artıq isti hava azı on nəfərin ölümünə səbəb olub.

Cənubi Asiya respublikasının 17 bölgəsində termometr 40 dərəcədən yuxarı, Dəkkədə isə 41 dərəcəni göstərir. Bu rəqəmlər ilin bu vaxtı üçün rekorddu.

Sinoptiklərin fikrincə, hələlik soyuq havaya ümid etmək üçün heç bir əsas yoxdur. Yaxın günlərdə hava anomal isti olacaq.

Hindistanda, qonşu Banqladeşdə də temperatur normadan yüksəkdir. Yeni Dehlidə praktiki olaraq külək yoxdur və istilik artıq 40 dərəcəyə yaxınlaşır.

Qərbi Benqal, Odişa və Biharda havanın temperaturu 45 dərəcəyə çatıb. Ölkənin cənubundakı Kerala ştatında iki nəfər anomal havanın qurbanı olub.

Nəşr yazır ki, hakimiyyət yerli sakinləri gün ərzində çölə çıxmamağa, fiziki fəaliyyətdən çəkinməyə və mümkün qədər çox su içməyə çağırır.

Xuraman Etibarlı

İnterpress.az