“Anonymous” haker qrupu İsrail ordusunun məlumat bazalarını SINDIRDIbackend

“Anonymous” haker qrupu İsrail ordusunun məlumat bazalarını SINDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Anonymous” haker qrupu İsrail ordusunun məlumat bazalarını sındırdığını açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Anonymous bildirib ki, İsrail ordusunun məlumat bazalarını sındırıb və hərbi sənədləri dərc etmək niyyətindədir.

Hakerlərin fikrincə, onların 233 mindən çox sənəd daxil olmaqla 20 giqabaytdan çox məlumatı var.

Nıəşrin yazdığına görə, videoda göstərilən materialların nə dərəcədə həqiqi olduğu hələlik bəlli deyil.

İsrail ordusu belə bir məlumat sızmasının ehtimalının minimal olduğunu qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az