Argentinalılar Maradonaya görə küçələrə çıxdı – FOTObackend

Argentinalılar Maradonaya görə küçələrə çıxdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinada əfsanəvi futbolçu Dieqo Maradonanın ölümünün başvermə şəraitinin araşdırılması və günahkarların cəzalandırılması tələbi ilə etiraz aksiyası keçirilib.

Aksiyada azarkeşlərlə yanaşı, D.Maradonanın qohumları, Argentina millisinin keçmiş oyunçuları da iştirak edib.

Aksiya iştirakçıları əllərində “təqsirkarlara ictimai qınaq və məhkəmə hökmü”, “10 nömrə üçün ədalət” sözləri yazılmış plakat tutublar.

Qeyd edək ki, əfsanəvi futbolçu D.A.Maradona 2020-ci il noyabrın 26-sı 60 yaşında ürəktutmasından vəfat edib.

image-20210311_090835 image-20210311_090851 image-20210311_090900 image-20210311_090917

 

 

İnterpress.az