Güclü daşqınlar səbəbindən iyunda keçiriləcək Astana-2024 beynəlxalq forumunu ləğv etmək qərarına gəldim.
İnterpress.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.
“Görünməmiş daşqınlar və genişmiqyaslı dağıntıların nəticələrinin aradan qaldırılması və ölkə vətəndaşlarına yardımın göstərilməsi üçün maliyyə resurslarına qənaət edilməsi zərurəti ilə əlaqədar iyunun 13-14-də keçiriləcək Astana Beynəlxalq Forumunu ləğv etmək qərarına gəldim”, – Tokayev “X”də (keçmiş Twitter) yazıb.