AstraZeneca qan laxtalanmasına görə peyvəndin qlobal satış icazəsini LƏĞV ETDİ – FOTObackend

AstraZeneca qan laxtalanmasına görə peyvəndin qlobal satış icazəsini LƏĞV ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AstraZeneca COVID-19 dərmanının qlobal marketinq icazəsini ləğv edib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Britaniyanın əczaçılıq şirkəti AstraZeneca səbəb olduğu nadir yan təsirlərə görə COVID-19 peyvəndinin dünya üzrə satışı və istifadəsi üçün icazələri ləğv etməyə başlayıb.

Nəşr yazır ki, şirkət qərarını yalnız kommersiya mülahizələri ilə izah edərək, dərmana tələbatın dayandığını bildirir.

Daha əvvəl bildirilmişdi ki, AstraZeneca məhkəmədə onun peyvəndinin qan laxtalanması kimi ölümcül nəticələrə səbəb ola biləcəyini etiraf edib.

Xuraman Etibarlı

İnterpress.az