Başqırdıstanda dəhşətli attraksion faciəsi baş verib: 12 yaşlı məktəbli onurğası sınıb və iki barmağını itirib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərindəki attraksion parkında ağır bədbəxt hadisə baş verib. 12 yaşlı məktəbli attraksionda olarkən ağır xəsarətlər alıb.
Ailənin sözlərinə görə, attraksionun operatoru uşaqdan başqa bir kabinəyə keçməsini istəyib. Lakin uşaq hələ keçid edərkən operator attraksionu işə salıb.
Nəticədə məktəbli mexanizmlə konstruksiya arasında sıxılaraq sürünüb.
Şahidlərin bildirdiyinə görə, uşağı xilas etmək üçün “bolqarka”dan (mexaniki kəsici alət) istifadə etmək məcburiyyətində qalıblar.
Məktəbli ağır bədən xəsarətləri, o cümlədən onurğa sınığı, ayaq biləyinin açıq sınığı və iki barmağının qopması ilə xəstəxanaya yerləşdirilib.
Şok yaradan digər bir məqam isə odur ki, baş vermiş ağır cinayət xarakterli hadisəyə baxmayaraq, attraksion parkı fəaliyyətini adi qaydada davam etdirir.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb, park rəhbərliyinin və operatorun məsuliyyəti yoxlanılır.

Xuraman Etibarlı
İnterpress.az






