Avstraliya Yəmənin husiləri “Ənsar Allah”ı terror təşkilatları siyahısına əlavə edib.
İnterpress.az xəbər verir ki, bu barədə Avstraliya Milli Təhlükəsizlik Agentliyi məlumat yayıb.
24 may 2024-cü il tarixindən etibarən husilər təşkilata və liderlərinə məxsus aktivlərin dondurulması, həmçinin Avstraliyaya giriş qadağası daxil olmaqla sanksiyalara məruz qalacaq.
Xuraman Etibarlı
İnterpress.az