Avtobus zolağına çıxaraq qaydanı pozan lyüks avtomobil xanım klinika sahibinə məxsus imiş – FOTO/VİDEObackend

Avtobus zolağına çıxaraq qaydanı pozan lyüks avtomobil xanım klinika sahibinə məxsus imiş – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qayda pozduğuna görə ictimai müzakirələrə səbəb olan 90 AA 013 nömrəli “Mercedes-Maybach” markalı lüks avtomobilin kimə məxsus olduğu bilinib.

AFN xəbər verir ki, bloger Samir Feyruzov həmin avtomobilin “Bakı” Klinikasının sahibi Aytən Quliyevaya məxsus olduğunu bildirib: “Bir neçə gündür ki, qaydanı pozan “AA” seriyalı maşın müzakirələrə səbəb olub. Söhbət avtobus zolaqlarının tələblərini pozan 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir. Bu haqda saytlar da məlumat dərc ediblər. Ancaq məsələnin kökünü araşdırmaq lazım idi. Bəs tez-tez yol hərəkəti qaydalarını pozan bu bahalı avtomobil kimindir?
Qısa araşdırma apardım. Bəlli oldu ki, 90 AA 013 dövlət nömrə nişanlı avtomobil “Bakı Klinikası”nın sahibi Aytən Quliyevaya məxsusdur. Klinikanın əsl sahibi isə AMEA-nın prezidenti Ramiz Mehdiyevdir. Onu da qeyd edim ki, Azərbaycanın “Diamed-Co” adlı ilk şpris zavodu da A.Quliyevaya məxsusdur”.