Azərbaycan diasporunun rəhbərinin oğlu mənim bildirişimlə saxlanılıb – Mironov – FOTObackend

Azərbaycan diasporunun rəhbərinin oğlu mənim bildirişimlə saxlanılıb – Mironov – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan diasporunun rəhbərinin oğlunun saxlanması mənim bildirişimlə olub.

İnterpress.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov X hesabında yazıb.

Mironov bildirib ki, Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu məhz onun “tələbi ilə” saxlanılıb.

O, həmçinin əlavə edib ki, Rusiyadakı bütün Azərbaycan diasporunun, o cümlədən Moskvanın “Sadovod” və “Fod City” bazarları kimi iri obyektlərin yoxlanılmasını gözləyir.

“Bu, yalnız başlanğıcdır”, – Mironov azərbaycanlılara qarşı aqressiyasını gizlətməyib.

Xuraman Etibarlı

İnterpress.az