Bu ilin yanvar-mart aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 537,9 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə istinadən İnterpress.az bildirir ki , əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 26,2%, kimya sənayesi məhsullarının istehsalı 16,7%, əczaçılıq məhsullarının istehsalı isə 0,9” artıb.
Məlumata görə, kimya sənayesi məhsullarından metanol 91,5%, karbamid 68,2%, yapışqan və yapışdırıcı maddələr 20,7%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 3,4 dəfə, polietilendən kisə və çantalar istehsalı 63,6%, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 61,8%, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 7,7% artmışdır.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri |
2024-cü ilin yanvar-mart aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən,
faizlə |
01.04.2024-cü
il vəziyyətinə hazır məhsul ehtiyatı |
Kimya sənayesi məhsulları | |||
Təsirsiz qazlar, min kub metr | 10815,2 | 85,7 | 118,5 |
ondan: | |||
azot, min kub metr | 5903,8 | 103,1 | 115,0 |
Lak-boya məmulatları, ton | 5239,4 | 92,8 | 490,6 |
Qeyri-üzvi kimyəvi maddələr, min ton |
8760,0 |
116,0 |
6770,0 |
ondan: | |||
yod, ton | 48,7 | 99,0 | 10.9 |
Üzvi kimyəvi maddələr, min ton | 266,9 | 124,7 | 41,1 |
ondan: | |||
etilen, min ton | 42,9 | 90,7 | 0,3 |
propen (propilen), min ton | 40,5 | 93,3 | 0,4 |
metanol (metil spirti), min ton | 144,2 | 191,5 | 31,8 |
Etil spirti, min dkl | – | – | 20,7 |
Gübrə və azot birləşmələri, min ton |
167,1 |
168,3 |
44,7 |
ondan: | |||
karbamid, min ton | 167,0 | 168,2 | 44,7 |
İlkin formada plastik kütlə, min ton |
82,1 |
92,2 |
34,1 |
ondan: | |||
polietilen, min ton | 41,1 | 86,7 | 22,6 |
Yapışqan və yapışdırıcı maddələr, min ton |
25,1 |
120,7 |
7,5 |