Polis əməkdaşları ötən gün ölkə ərazisində 19 kiloqrama yaxın narkotik aşkarlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə martın 25-də qanunsuz dövriyyədən çıxarılan və ümumi çəkisi 18,8 kiloqram olan narkotik vasitədən 4,3 kiloqramdan artığı heroin, 10,9 kiloqrama yaxını marixuana, 1,5 kiloqrama yaxını tiryək, 2,1 kiloqramdan çoxu metamfetamin, həmçinin 3613 ədədi isə metadon həbi olub.