Azərbaycanda uşaq və yeniyetmələr arasında “Code Fest 2024” olimpiadası keçiriləcəkbackend

Azərbaycanda uşaq və yeniyetmələr arasında “Code Fest 2024” olimpiadası keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin ən böyük uşaq və yeniyetmələr arası proqramlaşdırma olimpiadası baş tutacaq

İnterpress.az xəbər verir ki, 27 aprel tarixində “Start İT” şirkətinin təşkilatçılığı, Azərkosmos ,SABIS®️ SUN Beynəlxalq məktəbi , İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Moon Group şirkəti, “Gamenote Baku” multi brend oyunlar mağazası, “Tredu” şirkəti, “Tedroid” media qrupu, “iComp” kompyuter mağazasının və “İrşad” mağazalar şəbəkəsi tərəfdaşlığı ilə ölkənin ən böyük uşaq və yeniyetmələr arası proqramlaşdırma olimpiadası olan “Code Fest 2024”keçiriləcək.
600 nəfərin iştirak edəcəyi və sayca artıq üçüncüsü keçirilən, proqramlaşdırma və robototexnika üzrə doqquz kateqoriya üzrə təşkil olunan genişmiqyaslı olimpiada 5-15 yaşlı uşaq və yeniyetmələri əhatə edir.
Daha ətraflı məlumat və müraciət etmək istəyən şəxslər “Start İT” şirkətinin əlaqə nömrəsinə (+994 55 200 89 39) zəng edə bilər.

Qeydiyyat linki: https://docs.google.com/forms/d/1c0a6JRclMsOPQr0EUFvMvEK1yW32W1VH8RZ2tKa18Pc/edit