Azərbaycanın Müstəqillik Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunurbackend

Azərbaycanın Müstəqillik Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Müstəqillik Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunur.

İnterpress.az bildirir ki, Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilati dəstəyi ilə paytaxt Tbilisidə və Gürcüstanın müxtəlif bölgələrində 28 May – Müstəqillik Günü ilə əlaqədar bayram tədbirləri təşkil olunub.

Mayın 28-də Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, eləcə də səfirliyin əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, şirkətin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən azərbaycanlı iş adamları, ictimai xadimlər Tbilisidə Heydər Əliyevin adına parka gələrək müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Liderin abidəsinin önünə əklil qoyub, gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları sonra şəhərin Botanika bağında yerləşən, görkəmli azərbaycanlıların panteonunda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin xatirəsini anıblar./Report