Bakıda vətəndaşa dələduzluq etməkdə təqsirləndirilən Kamal İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
İnterpress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Səmədov çıxış edib.
O, çıxışı zamanı məhkəmədən K.İsmayılovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirlilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti iclası noyabrın 30-na təyin edilib.
Qeyd edək ki, K.İsmayılov zərərçəkmiş Sənan Əlişova 55 min manat dələduzluq edib. Belə ki, o, zərərçəkmişin etibarından istifadə edərək onun oğlunun məhkəmədəki işinin müsbətə doğru həll edəcəyi bağlı vəd verərək dələduzluq edib.
K.İsmayılov bu ilin martında Binəqədi rayonu polis əməkdaşları tərəfindən saxlanılıb.
Təqsirləndirlilən şəxs S.Əlişova dəymiş ziyanın hamısını ödəyib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.