Banqladeş Prezidenti İSTEFA VERDİ: “Mən xəstəyəm, hər şey bitdi”backend

Banqladeş Prezidenti İSTEFA VERDİ: “Mən xəstəyəm, hər şey bitdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banqladeş Prezidenti Şahabuddin Çuppu xəstəliyi səbəbindən istefa verib.

İnterpress.аz xəbər verir ki, bu barədə “bdnews24” portalı məlumat yayıb.

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin (Şahabuddin Çuppu) səhhətində yaranan kəskin problemlər və xəstəliyi səbəbindən rəsmi olaraq dövlət başçısı vəzifəsindən istefa verib.

Prezident öz çətin istefa qərarını “Mən xəstəyəm, ona görə də hər şey bitdi” sözləri ilə şərh edib.

Onun səhhətinin pisləşməsi səbəbindən prezidentlik fəaliyyətini və rəsmi dövlət öhdəliklərini bundan sonra davam etdirə bilmədiyi qeyd olunur.

Dövlət başçısının qəfil istefası ölkədə yeni siyasi keçid dövrünün başlanmasına yol açıb.

Yaxın vaxtlarda Banqladeşdə müvəqqəti olaraq dövlət başçısı vəzifəsini icra edəcək şəxsin təyin olunması və ya növbədənkənar seçkilərin keçirilməsi məsələsinə baxılacaq.

Xuraman Etibarlı

İnterpress.аz