Türkiyədə ərinin dişləyib qopardığı burun cərrahiyyə əməliyyatı ilə yenidən bərpa edilib.
İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Manisa vilayətində dəhşətli ailədaxili zorakılıq hadisəsi baş verib. İmran Gülər adlı qadının əri tərəfindən dişlənərək qopardılan burnu həkimlərin keçirdiyi çətin və uğurlu cərrahiyyə əməliyyatı nəticəsində yenidən bərpa edilib.
Zərərçəkən İmran Gülər hadisə anını kədərlə bölüşüb: “Yoldaşım qəfildən boğazımdan tutub mənə hücum etdi. Mən özümü müdafiə etməyə başlayanda o, burnumu dişləyərək qopartdı. Ağrının şiddətindən dözə bilməyib balkondan aşağı tullanmaq barədə düşünürdüm”.
Ağır xəsarət alan qadın hadisəni törədən əri barəsində sona qədər hüquqi müstəvidə şikayətçi olacağını və onun qanun qarşısında ən ağır cəzanı alması üçün mübarizə aparacağını bildirib.
Faktla bağlı polis tərəfindən araşdırmalara başlanılıb.
Xuraman Etibarlı
İnterpress.аz






