“Barmağı özləri kəsdilər”: Bağçada körpəyə qarşı qəddarlığın daha bir DƏHŞƏTLİ FAKTIbackend

“Barmağı özləri kəsdilər”: Bağçada körpəyə qarşı qəddarlığın daha bir DƏHŞƏTLİ FAKTI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mahaçqalada uşaq bağçasında tərbiyəçilər barmağı qopan 2 yaşlı qızın yarasına müdaxilə edərək barmağı özləri “kəsiblər”.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Dağıstanın Mahaçqala şəhərindəki uşaq bağçasında baş verən hadisə ilə bağlı dəhşətli təfərrüatlar üzə çıxıb.

Məlum olub ki, 2 yaşlı qızın çeçələ barmağı qapıya sıxılaraq qopduqdan sonra tərbiyəçilər təcili tibbi yardım çağırmaq əvəzinə, özləri qopan barmağı bədəndən tamamilə ayırıblar.

Qız uşağı bir neçə saat qanaxma keçirib, tərbiyəçilər isə qopan barmağı uşağın kolqotkasının içinə qoyaraq, onu valideynlərinə təhvil veriblər.

Digər uşaqlar bu qanlı hadisəyə şahid olublar; balacalar qorxudan ağlayıb-qışqırıblar və hazırda onlar bağçaya qayıtmaqdan qorxurlar.

Hadisədən sonra bağçanın iki tərbiyəçisi və bir dayəsi həbs edilib. Faktla bağlı cinayət işi başlanılıb və bağçanın müdiri tutduğu vəzifədən azad edilib.

İstintaq qrupu bağça işçilərinin bu qədər ağır və qeyri-peşəkar addımı hansı səbəbdən atdıqlarını və hadisənin gizlədilməsinin məqsədini araşdırır.

Xuraman Etibarlı

İnterpress.az