Baş nazirin çağırışına prezidentdən “YOX”: Macarıstanda siyasi QARŞIDURMAbackend

Baş nazirin çağırışına prezidentdən “YOX”: Macarıstanda siyasi QARŞIDURMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan prezidenti Baş nazirin çağırışına baxmayaraq vaxtından əvvəl istefa verməkdən imtina edib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Macarıstan Prezidenti Şuyok ölkənin Baş nazirinin tələbinə rəğmən vəzifəsindən vaxtından əvvəl istefa verməyəcəyini bəyan edib.

Şuyok çıxışında qeyd edib ki, hazırda ölkədə “prezidentin səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş sosial və siyasi niyyətlər mövcuddur”. Lakin o, bu təzyiqlərə baxmayaraq, istefa üçün heç bir əsas görmədiyini vurğulayıb.

Siyasi müşahidəçilər hesab edirlər ki, prezidentlə hökumət başçısı arasında yaşanan bu fikir ayrılığı ölkədə daxili siyasi gərginliyi artıra bilər.

Xuraman Etibarlı

İnterpress.az