Bayden Putini yenidən təhqir edib.
İnterpress.az TASS-a istinadla xəbər verir ki, ABŞ prezidenti Co Bayden yenidən Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib və onu “diktator” adlandırıb.
Amerika lideri ABC yayım korporasiyasına müsahibəsində Rusiya prezidentini “40 ildən artıqdır” tanıdığını iddia edib.
“O, abırsız adamdır. O, diktatordur və ölkəsini saxlamaq, eyni zamanda hücumu dayandırmamaq üçün mübarizə aparır”, – Bayden deyib.
Xuraman Etibarlı
İnterpress.az