BCM qarşısında TOXUNULMAZLIQ: Makron və Netanyahu arasındakı razılaşmanın ƏKS TƏRƏFİbackend

BCM qarşısında TOXUNULMAZLIQ: Makron və Netanyahu arasındakı razılaşmanın ƏKS TƏRƏFİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Makron Livanda atəşkəs prosesində Netanyahu haqqında BCM-in həbs qərarına əməl etməməyə razılaşıb.

İnterpress.az xəbər verir ki, bu barədə Fransanın “Le Point” qəzeti Makrona yaxın mənbəyə istinadən yazıb.

Prezident Makron Livanda atəşkəs prosesində Fransanın əsas rolu müqabilində İsrailin baş naziri Netanyahu haqqında Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs qərarına əməl etməməyə razılaşıb.

Nəşrin məlumatına görə, order verildikdən sonra Makron Netanyahu ilə əlaqə saxlayıb.O bildirib ki, “Fransa ICC ilə əməkdaşlıq etməyə borcludur”.

Bununla belə, məqaləyə əsasən, o əlavə edib ki, “müəyyən hallarda həbsdən immunitetlər təmin oluna bilər”.

Söhbət zamanı tərəflər Livanda atəşkəs rejimini müzakirə ediblər və Parisin 1701 saylı qətnamənin icrasına nəzarət edəcək komitədə mühüm rol alması barədə razılığa gəliblər.

Xuraman Etibarlı

İnterpress.az