Belarus Türkiyə ilə konsulluq məsələlərini MÜZAKİRƏ ETDİbackend

Belarus Türkiyə ilə konsulluq məsələlərini MÜZAKİRƏ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minskdə Türkiyə ilə konsulluq məsələləri üzrə danışıqlar aparılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb

Belarus Respublikasının Xarici İşlər Nazirliyi bildirir ki, Minskdə Türkiyə ilə konsulluq məsələləri üzrə danışıqlar aparılıb.

Sürücülük vəsiqələrinin qarşılıqlı tanınması gündəmdə olub.

Bundan əlavə, sərhədlərin keçilməsi, xaricdə yaşayan vətəndaşların hüquqları, qarışıq nikahlarda vəziyyətlər müzakirə edilib.

Tərəflər bir sıra sazişlərin, o cümlədən sürücülük vəsiqələrinin tanınması haqqında sazişin, gənclər siyasəti sahəsində əməkdaşlığa dair sazişin və vizaların ləğvi haqqında sazişə dəyişikliklərlə bağlı əlavə protokolun imzalanmasına hazırlaşmağın zəruriliyini təsdiqləyiblər.

Xuraman Etibarlı

İnterpress.az