Bolqarıstan millisinin baş məşqçisi istefa veribbackend

Bolqarıstan millisinin baş məşqçisi istefa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Bolqarıstan millisinin baş məşqçisi Yasen Petrov istefa verib.

“İnterpress.az” “Sport.bg” nəşrinə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis Gürcüstan yığmasına 2:5 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin II tur oyunundan sonra postundan ayrıldığını açıqlayıb.

Petrov komandada qalmağa haqqının olmadığını və bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

Qeyd edək ki, Bolqarıstan seçməsi ilk turda Şimali Makedoniya ilə heç-heçə edib – 1:1. Yasen Petrov 2021-ci ilin yanvarında millinin sükanı arxasına keçib.