Braziliya dövlət çevrilişinə cəhddə şübhəli bilinən zabitlərə qarşı İSTİNTAQA BAŞLADIbackend

Braziliya dövlət çevrilişinə cəhddə şübhəli bilinən zabitlərə qarşı İSTİNTAQA BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliya dövlət çevrilişinə cəhddə şübhəli bilinən bir neçə ölkə zabitinə qarşı istintaqa başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “O Globo” qəzeti məlumat yayıb.

Braziliyanın federal polisi respublikanın hazırkı prezidenti Lula da Silva vəzifəyə başlamazdan əvvəl 2022-ci ildə dövlət çevrilişinə cəhddə şübhəli bilinən bir neçə ölkə zabitinə qarşı istintaqa başlayıb.

Qəzetin yazdığına görə, çevrilişin məqsədlərindən biri Braziliya liderinin həyatına qəsd ola bilər.

Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanları axtarış aparıb və mütəşəkkil cinayətkar qrup yaratmaqda şübhəli bilinən şəxsləri həbs edib. Onlar Braziliya və Rio-de-Janeyro da daxil olmaqla, ölkənin bir sıra şəhərlərində saxlanılıblar.

Xuraman Etibarlı

İnterpress.az