Braziliyaya piyada getmək istəyən səyyah PUA zərbəsi nəticəsində ÖLDÜ – FOTObackend

Braziliyaya piyada getmək istəyən səyyah PUA zərbəsi nəticəsində ÖLDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səyyah Saşa Kon Bryansk yaxınlığında PUA zərbəsi nəticəsində həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Rusiya vətəndaşı, səyyah Saşa Kon Bryansk vilayətində pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində dünyasını dəyişib.

Səyyah özünün maraqlı və cəsur planı ilə tanınırdı. O, Rusiya ərazisindən piyada yola düşərək, 300 kiloqramlıq araba ilə Cənubi Amerikaya – Braziliyaya çatmağı qarşısına məqsəd qoymuşdu.

Saşa Kon öz dünya səyahətinə Ryazan vilayətindən başlamışdı.

Səyyahın həlak olduğu ərazi hərbi münaqişə zonasının yaxınlığında yerləşdiyi üçün PUA hücumlarının təhlükəli olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az