Canlı yayımda arvadının başqasına qaçdığını öyrənən kişi İNTİHAR ETDİ – VİDEObackend

Canlı yayımda arvadının başqasına qaçdığını öyrənən kişi İNTİHAR ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə yaşayan Serkan Kıyak adlı şəxs “Müge Anlı ile Tatlı Sert” verilişinə qatılaraq, həyat yoldaşı Zehra Kıyakın dekabrın 3-də yoxa çıxdığını bildirmişdi.

2 il əvvəl evlənən Kıyak həyat yoldaşının başqaları ilə görüşdüyünü və aldadılaraq aparıldığını iddia edib.

Canlı yayımda arvadının pideçi qonşularına qaçdığını öyrənən kişi göz yaşları içində xəyanət edən arvadına geri qayıtması üçün yalvarıb.

Bu gün isə Serkan Kıyakdan üzücü xəbər gəlib. 32 yaşlı adam yaşadığı evdə özünü asaraq intihar edib. Uşaq evində böyüyən Kıyakın həyat yoldaşının qaçması səbəbindən depressiyaya düşdüyü və telefonla yaxınlarına mesaj göndərərək vidalaşdığı məlum olub.

Qeyd edək ki, cütlüyün bir qız övladları var.