Çaxoyan keşiş Baqrata SATAŞDI: “Müqəddəs” adlı hərəkat çoxdan sönüb”backend

Çaxoyan keşiş Baqrata SATAŞDI: “Müqəddəs” adlı hərəkat çoxdan sönüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müqəddəs” adlı hərəkat çoxdan sönüb.

İnterpress.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan “Facebook” səhifəsində yazıb.

O, bu barədə “Vətən uğrunda” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın məhv olması ilə bağlı iddialara istinadən yazıb.

“Hərəkat sönmür, etirazçıları pul qarşılığında toplayan “Müqəddəs” adlı hərəkat çoxdan sönüb.

Qondarma hərəkat hələ başlamamış – mayın 9-da Respublika meydanında söndü.

Təxminən bir ay əvvəl baş nazirə 1 saat vaxt verəndə, 5 dəqiqə gözlədilər və 7-10 gün ərzində hakimiyyəti dəyişdirəcəklərini vəd etdilər və daha 15 dəqiqə əlavə etdilər.

Mayın 9-dan sonrakı bütün hərəkətlər sönmüş hərəkatı canlandırmaq məqsədi daşıyır, eyni zamanda sönmüş hərəkatın məzar daşı çoxdan quraşdırılıb”, – Çaxoyan qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az