Rusiyada balıqlar düz çayda bişib.
interpress.az xəbər verir ki, Kurskda yerli sakinlər Seym çayında çoxlu ölü balıqları görüb nəyin baş verdiyini öyrənmək qərarına gəliblər.
Temperatur ölçmələri göstərib ki, su demək olar ki, +50°C-ə qədər qızıb və hətta əli qaynar suda tutmaq belə çətinləşib.
Ekoloqlar ərazidə üfunət qoxusunu aşkar ediblər. Yerli sakinlər yaxınlıqdakı İES-in qaynar suyu çaya tökməsindən şübhələniblər ki, bu da balıqları sözün əsl mənasında bişirib.
Xuraman Etibarlı
İnterpress.az