“Çeçenistan rəhbəri sağalmaz xəstəliklə mübarizə aparır” – Rusiya KİV – VİDEObackend

“Çeçenistan rəhbəri sağalmaz xəstəliklə mübarizə aparır” – Rusiya KİV – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kadırovun səhhətində ciddi problemlərin olduğu və xəstəliyi barədə məlumatı gizlətməyə çalışdıqları bildirilir.

İnterpress.az xəbər verir ki, mediada 2019-cu ildən bəri Çeçenistan rəhbərinin sağalmaz və ölümcül xəstəliklə – pankreas nekrozu ilə mübarizə apardığı barədə məlumatlar yayılıb.

Buna görə də Kadırov çox xəstə görünür, çox vaxt bir neçə kəlmə belə danışa bilmir, tez-tez ləng danışır və çox “şişir”.

İndi Kadırovun çevrəsi diqqəti onun sağlamlıq vəziyyətindən yayındırmağa çalışır. Əsasən, bu, Kadırovun idman etdiyi videoların köməyi ilə edilir.

Jurnalistlər müəyyən edə biliblər ki, insanların gözlərinə kül üfürərkən, guya Qroznıda DonunKadırovun ehtimal olunan ölümünə hazırlıq gedir.

Onu əvəz etmək üçün Çeçenistan xüsusi təyinatlılarının rəhbəri Apti Alaudinov hazırlanır.

Xuraman Etibarlı

İnterpress.az