Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Naledi Pandor İsrail ordusuna qoşulduqları təsbit edilən Cənubi Afrika vətəndaşlarının ölkələrinə qayıtdıqdan sonra nəzarətə alınacağını bildirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
The Times of Israel qəzetinin xəbərinə görə, Nazir Pandor hakim partiya olan Afrika Milli Konqresinin (AMK) Fələstinlə həmrəylik kampaniyasına qatılıb və tədbirdə çıxış edib:
“Cənubi afrikalı olanlara və İsrail Müdafiə Qüvvələrinin yanında döyüşənlərə xəbərdarlıq edən bəyanat verdim: Vətəninizə qayıtdığınız zaman sizi saxlamağa hazırıq”.
Beynəlxalq Münasibətlər və Əməkdaşlıq Nazirliyi daha əvvəl elan etmişdi ki, Cənubi Afrika vətəndaşları ölkələrinin dəstəkləmədiyi müharibədə iştirak edərlərsə, vətəndaşlıqdan məhrum edilə bilərlər.