Çin geoloqları təxminən 83 milyard dollar dəyərində qızıl ehtiyatı aşkar ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Çin Əyalət Geoloji Xidməti məlumat yayıb.Geoloqlar mərkəzi Hunan əyalətindəki yataqda təxminən 82,8 milyard dollar dəyərində qızıl ehtiyatı aşkar ediblər.
Mütəxəssislər Vanqu qızıl yatağında 2 kilometrdən çox dərinlikdə 40-dan çox qızılı olan damarlar aşkar ediblər.
Xuraman Etibarlı
İnterpress.az