Yaxın vaxtlarda Çin və Ermənistan birbaşa aviareyslərin açılması barədə razılığa gələcəklər.
İnterpress.az xəbər verir ki, bunu Sputnik Ermənistan-a müsahibəsində Çinin İrəvandakı səfiri Fan Yonq deyib. O qeyd edib ki, bu istiqamətdə fəal iş aparılır.
Diplomatik nümayəndənin sözlərinə görə, iki ölkədə işləmək və təhsil almaq üçün vizaların qarşılıqlı ləğvi məsələsinə də baxılır.
Xuraman Etibarlı
İnterpress.az