Çinin mərkəzi Hubey əyalətində bıçaqlı şəxsin hücumu nəticəsində səkkiz nəfər ölüb, daha biri yaralanıb.
İnterpress.az Xinhua-ya istinadən bildirir ki, fövqəladə hadisə cümə axşamı inzibati cəhətdən Syaoqan şəhərinə aid olan kiçik Syaou yaşayış məntəqəsində baş verib. Məlumata görə, hücum edən Lu soyadlı 53 yaşlı kişinin psixi pozğunluqdan əziyyət çəkdiyi ehtimal edilir.
Polis şübhəli şəxsi saxlayıb. Faktla bağlı araşdırma aparılır.