Mayın 15-də Çinin Nankin şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycan Ticarət Evi”nin açılış mərasimi keçiriləcək.
Bu barədə Interpress.az-a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.
Hazırda Azərbaycanın Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində ticarət evləri, Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 şərab evi fəaliyyət göstərir.