İran İsrailə birbaşa hücum etməyəcək.
İnterpress.az xəbər verir ki, bu barədə CNN Amerika kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, İran İsrailə birbaşa hücum etməkdən çəkinir.
“İran İsrailə birbaşa hücum etməyəcək, Yaxın Şərqdəki iranpərəst qruplar vasitəsilə hərəkət edəcək.
Tehran hərbi əməliyyatların kəskin artmasından qorxur və ABŞ və müttəfiqlərinə İrana birbaşa hücum etmək üçün əsas vermək istəmir”, – CNN yazıb.
Xuraman Etibarlı
İnterpress.az