Co Bayden prezidentlik yarışından geri çəkilməyəcək.
interpress.az xəbər verir ki, bu barədə onun seçki kampaniyasının nümayəndəsi bildirib.
Baydenin namizəd olmaq fikrindən imtina edib-etməməsi ilə bağlı suallar onun Trampa qarşı uğurlu debat performansından sonra yaranıb.
Burada o, Financial Times-ın çıxışını dəyərləndirdiyi kimi, “dəfələrlə fikirlərini qarışdırıb, cavab tapmaqda çətinlik çəkib və fərqli mövzuları əlaqələndirməyə çalışıb”.
“Əlbəttə ki, o, geri çəkilməyəcək”, – Bayden kampaniyasının sözçüsü Set Şuster deyib.
Mövcud prezidentin özü Waffle House-da debat sonrası fasilə zamanı prezidentlikdən gedib-getməməsiı ilə bağlı danışıqdan imtina edib.
“Xeyr. Yalançı ilə mübahisə etmək çətindir. “The New York Times” onun 26 dəfə yalan danışdığını qeyd edib”, – deyə Bayden rəqibinin çıxışını şərh edib.
Xuraman Etibarlı
İnterpress.az