COP29-la bağlı parlament seçkisi irəli çəkilə bilər
İnterpress.az xəbər verir ki, bunu jurnalist açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, qanunvericiliyə görə, noyabrın ilk bazar günü seçki keçirilməlidir:
“Lakin ölkəmizdə keçiriləcək COP29 tədbiri ilə əlaqədar seçkinin daha tez keçirilməsi məqsədəuyğun hesab olunur. Bununla əlaqədar geniş maarifləndirmə tədbirlərinə başlamışıq. Maarifləndirmə proqramı təsdiq edilib, Mərkəzi Seçki Komissiyası bunu bəyənib. Bu günlərdə MSK iclasında bunu müzakirə edəcəyik. Artıq vaxtı çatıb. Atılacaq addımların şahidi olacaqsınız”.