“Daha çox oğurlamalı idim”: Məmurdan məhkəmədə GÖZLƏNİLMƏZ İFADƏbackend

“Daha çox oğurlamalı idim”: Məmurdan məhkəmədə GÖZLƏNİLMƏZ İFADƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyalı məmur az pul oğurladığına görə peşman olub.

İnterpress.az xəbər verir ki, bu barədə “Jakarta Globe” məlumat yayıb.

İndoneziyanın keçmiş əmək resursları nazirinin müavini 170 min dollar məbləğində vəsaiti mənimsəməkdə ittiham olunur.

Məhkəmə prosesi zamanı o, qeyri-adi bir etiraf edərək bildirib ki, “daha çox oğurlamalı idi”.

Sabiq məmur buna səbəb kimi aldığı 5 illik həbs cəzasını göstərib. O, öz işini başqa bir məmurun işi ilə müqayisə edib.

Belə ki, həmin şəxs onun oğurladığı məbləğdən 25 dəfə çox vəsait mənimsəməkdə ittiham olunsa da, prokurorluq onun üçün cəmi 6 il həbs cəzası tələb edib.

Məmurun bu ifadəsi ölkədə korrupsiya ilə mübarizə və cəza sisteminin ədalətliliyi ilə bağlı geniş müzakirələrə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az