Daşkəsəndə 53 yaşlı qadın evin damından yıxılıbbackend

Daşkəsəndə 53 yaşlı qadın evin damından yıxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşkəsən rayonunda yerli sakin, ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq xəsarət alıb.

Məlumatına görə, hadisə rayonun Yuxarı Daşkəsən qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Nazilə Məmmədova yaşadığı evin damında iş görən zaman ehtiyatsızlıqdan yıxılıb. Hündürlükdən yerə çırpılan qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Gəncədə xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

 

İnterpress.az