Dayqa Mierinya: Latviya Azərbaycanın COP29-a ev sahibliyi etməsini alqışlayırbackend

Dayqa Mierinya: Latviya Azərbaycanın COP29-a ev sahibliyi etməsini alqışlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviya Azərbaycanın bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsini alqışlayır.

İnterpress.az xəbər verir ki, bunu Latviya parlamentinin sədri Dayqa Mierinya Bakıda mətbuat konfransı zamanı deyib.

“Azərbaycanı bu il COP29-a ev sahibliyi etdiyinə görə təbrik edirəm”, – o bildirib.

Xatırladaq ki, bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.