Dindirilən şəxs Krasnoyarskda İstintaq Komitəsinin binasından yıxılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Krasnoyarskda İstintaq Komitəsinin binasından dindirilən şəxs yıxılıb.
Həmin şəxs bir müddət 11-ci mərtəbənin pəncərəsinin çərçivəsində oturub, birdən yıxılaraq qonşu binanın damına düşərək ölüb.
Məlumata görə, ölən şəxsin 39 yaşı olub.
Yerli KİV-in məlumatına görə, həmin şəxs bir neçə gün əvvəl saxlanılan Krasnoyarskın keçmiş birinci vitse-meri Aleksey Davıdovun işində iştirak edib.
Davıdov Krasnoyarsk şəhərinin yollar, infrastruktur və abadlıq departamentinin keçmiş rəhbəri Yevgeni Jvakinə rüşvət verməkdə şübhəli bilinir.
Yevgeni Jvakinə də saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az