Əhali sayına görə dünyada birinci olan ölkə AÇIQLANDIbackend

Əhali sayına görə dünyada birinci olan ölkə AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir.

İnterpress.az xəbər verir ki, bu barədə məlumat Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) hesabatında yer alıb.

Hazırda 1,44 milyard olduğu təxmin edilən əhalinin sayına görə Hindistan dünyada liderlik edir.

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun hesabatında deyilir ki, Çin 1,425 milyard əhalisi ilə ikinci yerdədir.

Fond Hindistan əhalisinin artımını ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və ana ölümü səviyyəsinin azalması ilə əlaqələndirir.

2011-ci ildə aparılan son siyahıyaalmaya görə, Hindistanın əhalisi 1,21 milyard idi.

Çinin əhalisi, BMT-nin hesablamalarına görə, 2022-ci ildə 1,426 milyard nəfərə çatıb və azalmağa başlayıb.

Hindistan əhalisinin sayı 2023-cü ilin aprel ayının sonuna qədər materik Çinə bərabər idi və 2024-cü il iyulun 1-də onu ötəcəyi gözlənilirdi.

Mütəxəssislər bu əsrin sonuna qədər Çin əhalisinin 1 milyarddan aşağı düşəcəyini proqnozlaşdırıblar. Digər tərəfdən Hindistan əhalisinin növbəti bir neçə onillikdə artmağa davam edəcəyi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az